Bad (sinql)

Bad
Maykl Cekson tərəfindən Bad albomunda ifa olunmuş sinql
Yayımlanma tarixi 1987
Format sinql
Janr Funk, Pop
Dil İngilis dili
Müddət 04:06
Prodüser Maykl Cekson və Kuinsi Cons
Bəstəkar Maykl Cekson
Sözlərin müəllifi Maykl Cekson
Studiya Epic Records
Maykl Cekson sinqllarının xronologiyası
"I Just Can't Stop Loving You"
(1987)
"Bad"
(1987)
"The Way You Make Me Feel"
(1987)
Audio nümunəsi
Bad mahnısının səslənməsi

BadMaykl Cekson tərəfindən ifa olunmuş mahnıdır. Epic Records tərəfindən 1987-ci ilin sentyabrında satışa çıxarılmış mahnı Ceksonun eyni adlı albomundan olan ikinci sinqldır. Mahnının sözləri və musiqisi Cekson tərəfindən yazılmışdır. Prodüser kimi Kuinsi Cons və Maykl Cekson çalışmışdır. Cekson mahnını yazarkən real həyat hadisələrindən təsirləndiyini qeyd etmişdir.

Ümumilikdə “Bad” müasir musiqi tənqidçiləri tərəfindən yaxşı qəbul edilmiş, bəzi tənqidçilər isə, bu mahnının Maykl Ceksonun yaradıcılığının “Bad” dövründə kəskin səhnə imicinin formalaşdırılmasında mühüm rol oynadığını qeyd etmişlər. Billboard Hot 100 hit paradında birinci yerə yüksəlmiş mahnı, mövqeyini iki həftə qorumaqla Maykl Ceksonun bu hit paradın zirvəsinə qalxmış ikinci sinqlı olmuş, ümumilikdə isə hit paradlarda birinciliyə yüksəlmiş yeddinci mahnısı olmuşdur. Beynəlxalq miqyasda da mahnı yaxşı gəlir gətirmiş, on bir ölkədə top onluğa, həmçinin, Birləşmiş Krallıq, Fransa, İtaliya, Norveç, İsveçrəİsveç hit paradlarında ilk beşliyə daxil olmuşdur. Niderland və Avropa hit paradlarında isə mahnı birinciliyə yüksəlmişdir.

Martin Skorsisin rejissorluğu ilə çəkilmiş Bad musiqi videosunda o zaman hələ kəşf edilməmiş Uisli Snayps ilk rollarından birini canlandırmışdır. Musiqi videosunda Maykl Cekson və onu müşayət edən rəqqaslar qrupu dəmir yolunda rəqs edirlər. Musiqi videosunun xareoqrafı qeyd edir ki, giriş və fonun hazırlanmasında Vestsayd tarixçəsi myuziklının ciddi təsiri olmuşdur. 1988-ci ildə Bad musiqi videosu “Video Music Awards” mükafatına layiq görülmüşdür. “Bad” mahnısı təqdim edildikdən sonra, müxtəlif müğənnilər tərəfindən fərqli şəkildə ifa edilib və müxtəlif parodiyaları hazırlanıb.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search